Rusiya qorxmur, öldürməyə davam edir -Zelenski

Rusiya müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya hələ də bunun nəticələrindən qorxmur.
Adalet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz Çin və Macarıstandan reaksiya gözləyirik. Çin dəfələrlə atəşkəsə çağırıb. Amma bu, baş vermir, çünki Rusiya müharibəni dayandırmaq istəmir”, - Zelenski bildirib.
Zelenski Rusiyanın zərbələri zamanı Kiyevdə ən az 8 nəfərin öldüyünü və aralarında uşaqların da olduğunu qeyd edib. O əlavə edib ki, uşaqların ölümü hər şeydən çox reaksiyaya səbəb olmalıdır.
Xatırladaq ki, Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində ən azı 10 nəfər ölüb, 48 nəfər yaralanıb.
Digər Xəbərlər

Rusiya maye qazı ilk dəfə Çinə çatdırılıb
jpg-1756367109.jpg)
"Yem" olmaq sırası indi də Ukraynadadır: Putinin şərəfinə gümüş sikkə

Almaniya Avropanın hərbiləşdirilməsinə rəhbərlik edəcək - Rutte

Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün görüləcək işlər var - Mirzoyan

KİV: Cənubi Qafqaz artıq Rusiyanın "arxa bağçası" deyil

Türkiyə XİN-dən Netanyahuya CAVAB

Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTO
