"Qarabağ" Vətənə qayıtdı - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
Adalet.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.
Oyuna inamsız başlayan “Qarabağ” 6-cı və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Digər Xəbərlər

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO

Aqil Abbas: “Qurban elə sistem qurdu ki, Portuqaliya quruda qaldı”

"Qarabağ"a məğlubiyyətdən sonra istefaya göndərildi
