Qurban Qurbanov tarixi qələbəni belə ŞƏRH ETDİ

"Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.
Adalet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
"Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir", - Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Digər Xəbərlər

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO

Aqil Abbas: “Qurban elə sistem qurdu ki, Portuqaliya quruda qaldı”
