"Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq" - Türkiyə lideri
Azərbaycan Qarabağ başda olmaqla bölgənin yenidən inşası, təhlükəsiz qayıdış və yox edilən mədəni və dini mirasın bərpası üçün böyük işlər görür.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
"Qarabağa İlham Əliyev qardaşım və Pakistan Baş nazirinin iştirakı ilə səfərlərimiz olub. “Zəfərdən sonra bütün Qarabağda yaşanan inkişaf və investisiya səfərbərliyinə şahidlik etmişəm. İnşa edilən hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmiryollarını, evləri, ucaldılan binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. Qarabağda qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın nələri bacardığına şahid olduq. Əlbəttə, bizim gördüklərimiz sadəcə başlanğıcdır bunların davamı da gələcək. Möhtəşəm gözəlliyi ilə Qarabağ təkrar bölgənin parıldayan ulduzu olacaq. Bu müddətdə biz də Azərbaycana lazım olan hər cür dəstəyi verəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Digər Xəbərlər
16 Iyun 2026 09:00
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
15 Iyun 2026 17:07
Zakir Həsənov qardaş ölkəyə başsağlığı verdi
15 Iyun 2026 14:28
Ərdoğan Azərbaycanı təbrik etdi
15 Iyun 2026 14:04
“ABŞ və İran arasında saziş imzalanarsa...”
15 Iyun 2026 13:09
"ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq" - XİN
15 Iyun 2026 13:08
Sərdar Berdiməhəmmədov Azərbaycana gələcək
15 Iyun 2026 13:04
"Hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik" - Türkiyə MN
15 Iyun 2026 12:06


Bakı -°C

