Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib
Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.
Bozumbayev qeyd edib ki, hazırda komissiya üzvləri ilə birlikdə yekunların hazırlanması prosesi gedir.
O bildirib ki, komissiyaya Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, həmçinin Embraer şirkətinin nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Təşkilatının təmsilçiləri daxildir. Onun sözlərinə görə, beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində texniki araşdırmanın yekunlarını təqdim etməlidir.
Digər Xəbərlər
20 Mart 2026 12:59
İrandan Azərbaycana təxliyə edilənlərin sayı məlum oldu
20 Mart 2026 09:52
"Gec-tez razılığa gələcəklər" - Allahşükür Paşazadə regiondakı müharibədən danışdı
20 Mart 2026 09:30
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım etdi
20 Mart 2026 09:28


Bakı -°C

