Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 23:08
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
22 Sentyabr 2026 22:12
“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO
22 Sentyabr 2026 21:00
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
22 Sentyabr 2026 19:58
Tramp İlham Əliyevdən sitat gətirdi
22 Sentyabr 2026 19:28
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - FOTO
22 Sentyabr 2026 17:35
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
22 Sentyabr 2026 16:37
Gələn həftə Milli Məclisin payız sessiyası başlayır
22 Sentyabr 2026 14:28


Bakı -°C

