Qazaxıstan Tiqran Keosayanı niyə terrorçuların siyahısına saldı? - SƏBƏB
Xəbər verdiyimiz kimi 2 ay əvvəl Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketində rusiyalı rəsmilərin və məşhurların adı yer alıb. Kremlin əsas təbliğatçıları olan ermənilərin də adı həmin sanksiya siyahısında yer alıb. Rusiyanın RT kanalının baş redaktoru qatı millətçi, separatçı fikirlərin daşıyıcısı Marqarita Simonyan, kinorejissor Tiqran Keosayan (M. Simonyanın əri –red-Ə.R.), Bakıda doğulmuş, məlum hadisələrdən sonra Moskvaya köçmüş və dəfələrlə qondarma “dqr”ə qanunsuz səfərlər edərək qanunlarımızı pozmuş jurnalist Roman Babayanın da adı siyahıda yer alıb.
Adalet.az hazırda erməni mediasının tirajladığı xəbərlərə istinadən bildirir ki, Tiqran Keosayan Qazaxıstanda terrorçularla eyni siyahıya salınıb. Ermənilər bunu Qazaxıstanın türk olması ilə bağlasa da, əslində burada erməni xəstəliyinin simptomları aşkar görünür.
Bəli, Qazaxıstanın belə qərara gəlməsinin səbəbləri var: Son bir ay ərzində Qazaxıstanın sosial şəbəkələrində rusiyalı rejissor və telejurnalist Tiqran Keosayanın qalmaqallı bəyanatı qızğın müzakirə olunur. Populyar aparıcı kəskin şəkildə, utanmadan, Qazaxıstanda Qələbə Günündə hərbi paradın ləğvini tənqid etdi, “Qazax qardaşlarına” “Ukraynaya baxmağı” və iki böyük ideyanın savaşında “qərar verib tərəf tutmağı” tövsiyə etdi. Üstəlik, üstünlük Rusiya tərəfi - əks halda RK pis vaxt keçirəcək. (Bu, onun şırıngalı çıxışının kobud və çox sivil şəkildə təkrarıdır.)
Qeyd edək ki, erməniliyinə, araqarışdırmaq, nifrət oyatmaq , dava, salmaq, qan tökmək kimi xüsusiyyətləri qarıb, sonra bundan gen –bol istifadə edən Tiqran Keosayan hələ 2020-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan barədə çox emosional danışaraq onu sərt tənqid etmişdi. Paşinyanın niyə “Artsaxı” (Dağlıq Qarabağı – red) tanımadığını, yeni silah almadığını və barışıq prosesində iştirakdan imtina etdiyini anlamadığını söylədi. O, Paşinyanın Rusiyanın Qafqazdakı təsirini artırmaq istəməyən ABŞ-a itaət etdiyini qeyd edib: “Paşinyan bir məxluq və xaindir. O, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq”.
Keosiyan Rusiyaya xoş gəlmək üçün tək Paşinyanı deyil, bütün erməniləri də qurban verəcək qədər rəzil biridir.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Yanvar 2026 14:20
QAÇ. OĞLAN! QAÇ, AT BASDI! MİLLƏT GƏLİR!
07 Yanvar 2026 16:08
Bu ölkədən olan insanlar gəzməyi sevirlər
06 Yanvar 2026 10:54
Bu balıq 3 milyon dollara satıldı
04 Yanvar 2026 08:50
Yaşından 20 il gənc görünənlərin imtina etdiyi 6 vərdiş
03 Yanvar 2026 17:57
Tayqadan yüksələn səs: Şor türkləri
03 Yanvar 2026 13:22
Hər kəs bir qızım olsun deyəcək - Alimlərdən maraqlı araşdırma
03 Yanvar 2026 10:00
Kasıb yatdı, zəngin oyandı - Bir gecədə dəyişən həyat
02 Yanvar 2026 23:26


Bakı -°C

