Qazaxıstanda dünyanın ən böyük məscidlərindən birinin açılışı olub - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub.
Məscidin tikintisi üç il davam edib.
Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılışı bütün ölkə müsəlmanları üçün əlamətdar hadisədir.
“Məscidin tikintisinə özəl investorlar dəstək veriblər. Tikinti üçün ölkə büdcəsindən vəsait ayrılmayıb”, - Nursultan Nazarbayev vurğulayıb.
Nazarbayev həmçinin qeyd edib ki, yeni məscid və ona bitişik park yerli sakinlər və paytaxta gələn turistlər üçün yeni cəlbedici məkana çevriləcək.
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

