"Qəbələ əlamətdar yerdir" - Zatulin

"Məncə, Rusiya-Azərbaycan münasibətləri yaxşı olmalıdır. Eyni zamanda, biz Azərbaycanın rolunu və yerini, hədəflərini obyektiv qiymətləndirməliyik".
Adalet.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, üzv dövlətlərlə və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Azərbaycanın hədəfləri Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatını inkişaf etdirməkdir: "Yeri gəlmişkən, Qəbələ əlamətdar yerdir. Orada Rusiya Federasiyasının RLS-i yerləşirdi. Qəbələdə Rusiyanın RLS-i dağıdılıb.
Məhz orada Türk Dövlətləri Təşkilatının 12-ci konfransı keçirildi. Həmin konfransda İlham Əliyev Türkiyə ilə əlaqələrinin necə inkişaf etdiyini və təkcə son bir ildə 25 Azərbaycan-Türkiyə hərbi təliminin keçirildiyini bildirib.
Türkiyənin NATO-nun üzvü olduğuna diqqət çəkmək istərdim. Biz Ukraynada mübarizə aparırıq ki, Ukrayna NATO-ya daxil olmasın və bu alyansın tamhüquqlu üzvü olmasın. Azərbaycan NATO üzvü Türkiyə ilə hərbi cəhətdən güclərini birləşdirir. Bu, hamıya aydın olmalıdır".
Digər Xəbərlər

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar

Filippində daha bir güclü zəlzələ oldu - YENİLƏNİB

Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib

Trampın Nobel istəyi gələn payıza qaldı

Sumud donanmasının 90-dan çox fəalı İstanbula gətirildi

Putin: Rusiya və Azərbaycan arasında böhran deyil, emosiyaların gərginliyi idi
