25 Iyul 2025 16:10
123
HADİSƏ

Qəbələnin bir hissəsində qaz olmayacaq

Qəbələ rayonu Vəndam qəsəbəsinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Adalet.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında Məsimov Samir Sabir oğluna məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam qəsəbəsinin bir hissəsində cəmi 342 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

əlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.