QƏDEŞ, SƏNİN DƏ VAXTLARIN OLUB EY

30 ildir Azərbaycanda futbol çempionatı keçirilir. Builki qədər maraqlı və gərgin çempionat görməmişik. «Qarabağ» və «Zirə» atların başını buraxıblar və gedirlər, çətin ki onlara çatan olar. Çox qəribədir ki, 3-cü yerlə 7-ci yer arasında demək olar ki, fərq yoxdur. Bu gün 7-ci yerdə olan iki turdan sonra 3-cü yerdə də ola bilər.
Nəhayət, «Neftçi» də özünü toparlaya bildi, «Sabah» da. «Araz- Naxçıvan» isə builki çempionatın sürpriz komandasıdır. Çox qısa bir müddətdə belə bir komanda formalaşdırmaq hər oğulun işi deyil. Sonuncu yer uğrunda isə «Kəpəz»lə
«Qəbələ» gərgin mübarizə aparır.
«Uşaqlığın son gecəsi»ndə belə bir ifadə var, Murad Davuda deyir:
- Qədeş, sənin də vaxtların olub ey.
İndi «Qəbələ»nin də vaxtları olub. Və «Qəbələ»yə həmin vaxtları arzulayırıq.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
