"Qədim erməni şəhəri İrəvan" təbliğatı başladı:Sənədli serialın premyerası
Ermənilər qədim Oğuz yurdu İrəvanı "qədim erməni məskəni" kimi dünyaya sırımaq üçün yeni layihəyə start veriblər.
Adalet.az xəbər verir ki, İrəvandan bəhs edən “Yerevanillayam” filminin premyerası oktyabrın 4-də, saat 19:00-da “Moskva” kinoteatrında baş tutacaq.
İrəvan merinin müavini Levon Hovhannisyan film haqqında danışarkən deyib ki, İrəvanın qədimliyini önə çəkmək, İrəvanın qədim və yerli camaatından bəhs etməkdi:“Əminəm ki, müasir İrəvandan, irəvanlılardan və paytaxtın köhnə və yeni sakinlərindən bəhs etməkdir. Filmdəki yeniliklər, sürpriz hallr, maraqlı hadisələr dünyanın kinosevər ictimaiyyətini diqqətini cəlb edəcyinə əminik",
Erməni mediası bildirir ki, İrəvan haqqında qısametrajlı bədii filmlərin almanaxı beş rejissorun işidir. O, paytaxtın problemlərini və rənglərini bir-birinə qarışdırır və şəhərin sakinlərinə olan sevgisindən bəhs edir.
Layihə Yerevan Bələdiyyəsinin təşəbbüsü ilə həyata keçirilib.
Onu da əlavə edək ki, filmin 21-ci Beynəlxalq İrəvan Film Festivalı çərçivəsində “Qızıl ərik” xüsusi nümayişi olub.
P.S. Maraqlıdır , görəsən son 35 ildə qədim İrəvan haqqında bizim rejissorlar hansısa bir film çəkib? Axı, İrəvan qədim Azərbaycan şəhəri olub...
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Sentyabr 2026 13:59
BU COCUQLARA NİYƏ ZÜLM VERİRLƏR?
17 Sentyabr 2026 10:56
Günay Əfəndiyeva: “Xarabalığa çevrilmiş şəhər və kəndlərimizi gözlərimizlə görmüşük”
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

