“Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi davam edir
“İz – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” adlı layihənin icrası uğurla davam edir.
İctimai Birliyin anallitik informasiya bölümündən redaksiyamıza daxil olan xəbərə görə l+ayihənin əsas məqsədi Qərbi Azərbaycan musiqi irsinin unudulmaq və itirilmək təhlükəsinin qarşısını almaq, zəngin musiqi nümunələrini toplayaraq gələcək nəsillərə ötürməkdir. Bu məqsədlə toplanan materialların yazıya alınması və nota salınması aparılır.
Layihə rəhbəri Fəridə Mirişovanın sözlərinə görə, görülən işlər çərçivəsində Gəncə şəhərinə ezam olunaraq Göyçə mahalından olan ustad aşıqlar – Aşıq Fətullah Göyçəli və Aşıq Saleh Tağıyev ilə görüşlər keçirilib:
“Bu görüşlərin əsas məqsədi Qərb aşıq mühitinə məxsus olan ‘Çoban Məhəmməd və Səlvi Xuraman’ dastanını onların ifasında yazıya almaq və nota köçürmək idi. Bununla yanaşı, ustad aşıqlardan bölgənin zəngin aşıq irsinə aid başqa nümunələr də qeydə alındı. Artıq dastanların yazıya alınması başa çatıb, nota köçürülməsi isə davam edir.
Topladığımız materiallar yazılı, audio və video formatlarda arxivləşdirilir. Yaxın zamanda toplanmış materiallar kitab olaraq işıq üzü görəcək.” – deyə layihə rəhbəri bildirib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Digər Xəbərlər
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32


Bakı -°C

