adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2020 10:30
42507
LAYİHƏ

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

(əvvəli ötən sayımızda)

Mənim 70 illik ömrümün 41 ili(1950-1991-ci illər) Sovet dönəminə düşmüşdür. İndi olduğu kimi onda da müşahidələrimdəoptik sistemdən istifadə etməmişəm. Mənim görmə sahəm, sadəcə olaraq, gözümün gördüyü, təsəvvürümün işlədiyi vəağlımın kəsdiyi qədər olmuşdur. Orta məktəbdə"İctimaiyyat", ali məktəbdə isə"Elmi kommunizm" fənnini öyrənmişəm. Bir sözlə, uzun illər bizə təlqin edilən "yekcins sovet xalqı"və onun xoşbəxt edəcəyi dünya ideyasından doğan xülyalar rəngarəngliyindəyaşamışam. Heç ağlıma gəlməyib ki, insan kişi-qadın əsaslı olub ikili sistemmövcudluğundadır.

Ətraflı məlumat üçün bax. QaraNamazov. Ceyms

Çörçivodun tarixi kəşfləri. Səh.55.Şəkil12. Bakı,

"Təhsil"NPM, 2011. 168 s.

QədimUyğur Başkəndi Xora-Xotada tapılan, yaşı 20.000 ildən də əskiyə gedən və ikili prinsipi əks etdirən bu heykəlciyinşəklini görəndən sonra hələ də özümüzdən asılı olmayaraq, kodlaşdırılmış şəkildədilimizdə işlənən "Gözü dörd oldu", "Dördəlli görüşdü","Dörd ayağa götürüldü", "Dörd ayağa gəlib" kimi məcazi mənadaişlənən ifadələrin həqiqi mənasının daolduğunu təsəvvür edirəm.

***

Sovetdönəmində oxuyub öyrənməyə məcbur olduğumuz əsərlərdən biri də "KommunistPartiyasının Manifesti" idi. Bu əsər "Elmi kommunizm"ideologyasının baniləri Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) tərəfindən1848-ci ildə yazılmış, elə həmin ildə də Londonda məhdud tirajla çap edilmişdi.

Sonrakıillərdə, az qala, bütün dünya dillərinə tərcümə edilib nəşr olunmuş bu əsərdəbelə bir epiqraf var idi: "Bütünölkələrin proletarları, birləşin!" Bu şüardan sosialist platformasındaduran ölkələrin bütün rəsmi - siyasi ədəbiyyatlarında və mətbuorqanlarında epiqraf kimi istifadəedilirdi. Əslində isə proletar diktaturasına gələn yol "Bütün ölkələrin proletarları, birləşin" şüarından başlanırdı.

Onunnüvəsində hansısa bir toplumun üstünlüyünə xidmət edən gizli təəssübkeşlik,dünyanı tənəzzülə aparan dekadentçilik və proletarların özlərindən başqa hamıyadüşmənçiliyi dayanırdı. 1917-ci ildəRusiyada qurulan proletar diktaturası nə qədər sosialist donuna bürünsə də,imperiya iddialarından əl çəkmədi. Müstəqillik yoluna qədəm qoymuş keçmiş təbəələriniyenidən istila etmək qərarına gəldi.

1920-ciilin 28 aprelində rus bolşevik işğalçılar demokratik Azərbaycan Xalq Cümhuriyyətiniyıxıb onun yerində proletar diktaturası qurdular. "Bütün ölkələrin proletarları, birləşin" kimi şeytani bir şüarı bayraq edərək sənayeçiləri,mülk sahiblərini, ziyalıları, ruhaniləri, tacirləri xalq düşməni elan etdilər.Bütün ölkələrin insanlarını deyil, bütün ölklərin proletarlarını birləşdirən buşüar nəinki "Repressiya-37"-dənsonra, güya, bir qədər səngidi, əksinə, bundan sonra da sovetlər dönəmi boyuncacürbəcür formalarla davam etdi.1920-1991-ci illər ərəfəsində miliyyəti ilə öyünənlər millətçi(nasionalist), türklüyü və tarixi şöhrəti ilə fəxr edənlərtürkçü (pantürkist və panturanist), diniinancına sadiq olanlar (panislamist və teist), adət və ənənəyə bağlı olanlar(köhnəliyin qalıqları və qolçomaq) adı ilə güllələndi, həbs edildi və ya sürgünəgöndərildi. Bu azmış kimi repressiya qurbanlarına bağlı olanlar da eyni günlərigörməli oldular...

Üzərinəinsan ovu missiyası düşən buşeytani şüar dünyanın digər ölkələrində, hətta, SSRİ(Sovet Sosialist Respublikaları İttifaqı) təkibində olan Yakutiya vəQazaxıstanda (1986- cı ilin qanlı hadisələri nəzərdə tutulur), onun davamı kimiyenə də bizim Azərbaycanda 1988- ildənüzü bəri bu günə qədər davam edən və davam etməkdə olan aksiyalarda əslmahiyyətini bütün genişliyi ilə göstərməkdədir. Elə buna görə də, 18 oktyabr1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktının qəbul edilməsi ilə"Bütün ölkələrin proletarları, birləşin" şüarının, bəzi kommunistqruplar nəzərə alınmazsa, unudulması bir oldu.

***

Axı,insan yaradılanda insan kimi yaradılmışdı. Düşüncələrindəki və inanclarındakı ayrılmalar insanları ideoloji dolanbaclardaazdırdı və çaşdırdı.

Nəticəetibarı ilə Düşüncə və inanc İNSAN coğrafiyasında sıxılan İNSAN insanlığından çıxıb bütpərəst,atəşpərəst, konfusi, buddaçı, yəhudi, xristian, mani və müsəlman oldu - getdikcəcırlaşdı, kicildi və balacalaşdı - "çiyələyə salveh atanlara" döndü.Bütpərəstin neçə qisim bütpərəst, atəşpərəstin neçə qisim atəşpərəst,konfusinin neçə qisim konfusi, buddaçının neçə qisim buddaçı, yəhudinin neçə qisim yəhudi , xristianın neçəqisim xristian, maninin və müsəlmanınneçə qisim mani və müsəlman olduğunu nəzərə alsaq, ümumbəşəri cırlaşma,yabanılaşma və yabançılaşmanın miqyasını daha yaxşı başa düşərik. İnsan icma,tayfa, xalq, millət kimi birləşə bilsə də,insan kimi birləşə və bütövləşəbilmədi.

***

Əlbəttə ki, insanın əli, təsəvvürü və əqli ilə yaradılan hər bir şeydə xalqın,millətin və toplumun öz payı vardır. Çünki ümumbəşəri mədəniyyət şərikli mədəniyyətdir.Şəriyindən pay çəkməyə həvəs göstərən hər bir milli və dini toplum olanlarıözününküləşdirməyə - özəlləşdirməyə cəhd edir. Bu da çəkişməıərə səbəbolur. Hətta, Cənnət və Cəhənnəmin özəlləşdirilməsikimi gülünc bir məsələ ortaya çıxır.Fikrimi sübut etmək üçün xristian intibahının böyük nümayəndələrindənbiri hesab edilən Dante Aliqyerinin (1265-1321) "İlahikomediya"sındakı bəzi məqamları açıqlamaq istəyirəm. Dördüncü nəğmənin24-cü misrasından başlayaraq 151-cimisrasına qədərki təsvirlər (Bax. Dante Aliqyeri. "İlahi komediya. Səh.34-38.Əıağa Kürçaylının tərcüməsində və Əkbər Ağayevin ön sözü ilə. 592 səh. Bakı, "Öndər Nəşriyyatı", 2004.Bakı, "Azərnəşr", 1973-cü il nəşri əsasında) insanın özünün özünəyadlaşmasını müəllifin öz düşüncələritimsalında açıq-aydın göstərməyə xidmət edən təsvirlərdir.

Dante Aliqyerinin mənəvi müəllimiPubli Vergili Maronun (e.ə.70-19)izahatına görə, bağışlanıb Cənnətə gedənAdəmdən, Habildən, Nuhdan, Moiseydən,Daviddən, Avraamdan, Rahildən fərqliolaraq, Homerin, Horatsinin, Ovidinin , Lukanın, Sokratın, Platonun, Demokritin,Diogenin heç bir günah etmədikləri halda Cənnətin qapısı ağzında qalmalarıonların xaçpərəstlikdən əvvəl doğulmaqları vəxaçpərəst olmamaqları ilə bağlı imiş. Dante Aliqyeri xaçpərəst olmadığıüçün mənəvi müəllimi Vergiliyə də öz dili ilə"xaçpərəst olmadığını" etiraf etdirəndən sonra onu da Cənnətin qapısı ağzında qoyub Cənnətə daxilolur.

Deməli, xristian təəssübkeşiDante Aliqyeriyə görə, xristianlıqdan əvvəl dünyaya gələn "günahsızgünahkarlar" da Cənnətəburaxılmamalıdırlar. Çünki Cənnət xristianlarüçündür. Dante Aliqyerinin Məhəmməd peyğəmbəri Cəhənnəmin səkkizinci dairəsininalt qatında yerləşdirməsi (Bax. Dante Aliqyeri. "İlahi komediya. Səh.145-147. 28-ci nəğmə, 1-ci -63-cümisralar ) onun müsəlman toplumuna hansıgözlərlə baxmasına və anti-hümanist təbiətinə əyani misaldır.

Hələ lap o vaxtlardan Danteninkiçik oğlu Јakopo Aligyerinin "İlahi komediya"sının "Cəhənnəm"hissəsi barədə yazdığı elmi əsərdə"İlahi komediya"da sözü gedən Məhəmmədin Məhəmməd peyğəmbərdeyil, atasının dostu Məhəmməd adlı birispan ruhanisi olduğunu iddia etməsi də, sonralardan qələmə alınan onlarla elmi-tədqiqatişləri də (Bax. Cəmşid Cəmşidov. "Dantenin "İlahi komediya"sı vəMəhəmməd peyğəmbərin meracı . Avanqard.net. mədəniyyət portalı. 13.01. 17.)xristian təəssübkeliyini ört-basdır edə bilmədi. 1265-1321-ci illərdə ömürsürmüş Dante Aliqyerinin, göründüyü kimi,həyatının bir hissəsi XIII, bir hissəsi isə XIV əsrə düşür. Məhz həmin əsrlərdəŞərqdə türk-müsəlman dünyasının böyükhümanistləri yaşayırdılar. Dante Aliqyerinin insana və insan tarixinə anti-hümanist baxışlarından fərqli olaraq, Şərqin türk -müsəlmanhümanistləri insanın ilahi mənşəyinə əsaslanır, insanı Tanrı yaradıcılığınınzirvəsi olaraq qəbul edirdilər. Onlar fikirlərini daha geniş bir coğrafiyadayaymaq üçün türk, ərəb, fars və başqa dillərdə yazırdılar.

Dante Aliqyeridən 60-65 il əvvəldünyaya gələn "Yenə də gəl... Yenə də gəl! Nə olursan ol, yenə de gəl! Xristian, məcusi,bütpərəst olsan da, yene də gəl..." deyən Mövlanə Cəlaləddin Rumi (1200/1207-1273)insanı olduğu kimi görünüb, göründüyü kimi olmağa dəvət edirdi.

"Bizdünyadan gedər olduq, Qalanlara salam olsun! Bizdən ötrü xeyir-dua Qılanlarasalam olsun" şəklində Yer üzünə gələcək bütün insanlara kürəsəl salam verənYunus Imrə (1239-1321) sirri yalnızYaradanın özünə bəlli olan İNSAN qarşısında heyrətlər keçirdiyini "Süleman quş dili bilir dedilər,Süleyman var Süleymandan içəri" düşüncəsi ilə insanı özünü bilməyə və öyrənməyə çağırırdı.

(ardınövbəti sayımızda)

VaqifAslan,

AYBŞəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.