“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi ekoloji aksiya keçirib - FOTOLAR
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Çovdar” qızıl yatağının yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə qayğı missiyamızdır” şüarı ilə bölgənin yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC-nin əməkdaşları, RİİB nümayəndələri və könüllüləri iştirak ediblər.
Aksiya zamanı 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib. Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb.
Xatırladaq ki, ölkəmizdə qeyri-neft-qaz sektorunun önəmli sahələrindən olan dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” QSC ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli töhfələrini verir. Bugünədək QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, İDEA İctimai Birliyi, eləcə də digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində Daşkəsən rayonunda 16 mindən çox ağac və kol bitkisinin əkini həyata keçirib. Həmçinin nadir və nəsli kəsilməkdə olan bitki növlərinin, eyni zamanda biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı layihələr, göl və çay kənarlarında təmizlik aksiyaları icra edilib.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

