"Qeydiyyat zamanı kağız formada sənəd tələb etmək doğru deyil"
Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, artıq nazirlik tam rəqəmsal sistemə keçib:
“Nazirliyin nailiyyətləri də buna imkan verir. Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində sənədlər tələb ediblər. İstənilən halda, bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.
Digər Xəbərlər
24 Iyun 2026 19:14
Sertifikasiyada iştirak edən müəllimlərin sayı açıqlandı
24 Iyun 2026 16:31
Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanda
24 Iyun 2026 16:00
"Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək dayaz mövqe nümayişidir" - Nazir
24 Iyun 2026 12:47


Bakı -°C

