adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 May 2022 19:08
1280
MƏDƏNİYYƏT

Qeyri – adi xarakterlərə məxsus məhşur rəssamlar...

Bu gün internet resursları və digər mənbələri dünya incəsənəti barədə olduqca maraqlı məlumatlarla zəngindir. Bu məlumatlar içərisində dünyaca məhşur rəssamların həyat tərzi, onların maraqlı xüsusiyyətləri yer alır. Adətən incəsənəti sevən adamlar, sənətşünaslar və bu qəbildən olan şəxslər qeyri-adiliklərlə dolu bir dünyanın axtarışında olur. Beləliklə bu dəfə oxucularımız üçün dünyanın müxtəlif rəssamlarının qeyri – adi xüsusiyyətləri barədə məlumatlar toplamışıq. Belə rəssamlardan biri Meksika əsilli Frida Kahlodur. Rəssam, 6 iyulda anadan olmasına baxmayaraq, öz doğum tarixini Meksikada çevrilişin baş verdiyi 7 iyul, 1910-cu il kimi bildirirdi. Çünki o, yaşamının müasir Meksikanın yaranması ilə başlanmasını istəyirdi. Xarakter etirbarilə qapalı olan Frida sağlıq problemləri ilə bağlı özünə daha da qapanaraq bir həyat yaşayıb. O, hələ 6 yaşında ikən uşaq iflici ilə mübarizə aparıb və 9 ay otağından çıxmayıb. Frida bununla bağlı “hər şey ayağımın aşağısında əmələ gələn ağrı ilə başladı” deyirdi.

Frida Kahlonu həyatı mübarizə aparmaqla keçib. 1925-ci ildə ağır avtomobil qəzası keçirən Frida 32 dəfə cərrahi əməliyyat keçirməli olub. Həkimlər onun gəzə bilməyəcəyini, hətta yaşama ehtimalının az olduğunu deyirdilər. Amma o, apardığı mübarizə ilə həyatda qalmağı bacardı. Frida bu hadisə ilə bağlı deyirdi:” Həyatda başıma gələn ən yaxşı şey, acı çəkməyə alışmağımdır”.

Maraqlı həyat tərzi və dahiyanə yaradıcılığı ilə dünyada ən tanınmış rəssamlardan olan Leonardo Da Vinçi barədə də bəzi maraqlı faktları sizinlə bölüşürük. Beləki, Leanardo da Vinçi diqqət pozuqluğundan əziyyət çəkirdi. Hər işini yarımçıq buraxar, hər işə marağını tez itirərdi. Buna görə də çox rəsmləri yarımçıq qalmışdı. Məlumdur ki, rəssamı dünyaya tanıdan əsas rəsm əsəri Mona Lizadır. Bəzi araşdırmaçılar Da Vinçinin əsərlərində güzgü üsulundan istifadə etdiklərini bildirirlər. Belə ki, onun əlyazmalarını yalnız güzgü vasitəsilə oxumaq mümün olur.

Öz yaşayışı və yaradıcılığı ilə dünyada məhşur olan rəssamlardan biri də Mikalencelodur. Məşhur italyan əsilli rəssamdır. Deyilənlərə görə o, qədər pis qoxuyurdu ki, yanındakı işçiləri ilə mütəmadi olaraq problemlər yaşayırdı.

Daha bir dünyaca məhşur rəssam Van Qoq isə ən məşhur əsərlərindən biri olan “Ulduzlu gecə” rəsmini psixi dispanserdə müalicə alarkən çəkmişdi. Psixi problemlər yaşayan Van Qoq xəstəliyinin pik həddə çatdığı dönəmlərdə qablardakı boyaları yeyirdi. O daim təklik duyğusundan əziyyət çəkmiş, həyatının sonuna yaxın aşiq olduğu qıza isə öz qulağını kəsərək hədiyyə etmişdi. Bütün ömrünü aclıq və səfalət içində keçirmiş, daim qardaşının maddi dəstəyi ilə yaşamışdı. Van Qoq sağ ikən heç bir rəsminin satılmasına nail olmamışdı. Rəssam ölümündən sonra rəsmlərinin milyonlara satılacağından xəbərsiz idi. İrvinq Stounun müəllifi olduğu yaşamaq yanğısı kitabı Van Qoqun həyatından bəhs edir. “ Mən kor adamlara rəsm satmaram” -deyə rəssam bildiriridi. “Öləndə tapşıracam ki, rəsmlərimi mənimlə birgə qəbirə qoysunlar, rəssam layiqli bildiyini heç kimə vermir. O camaata zir-zibil satır”.

Öz qəribə davranışları ilə fərqlənən dünyaca məhşur rəssamlardan biri də Karavaccodur. Rəssam bir dəfə emalatxanada onunla çalışan işçilərinə az müddət öncə dəfn olunmuş cəsədi çıxartdıraraq model kimi tutmalarını tapşırıb. İşçilər kəskin qoxuya dözməyərək cəsədi buraxdıqları zaman rəssam xəncəri çəkib və onlara yenə əvvəlki kimi durmalarını əmr edib.

İspaniyanın fəxri və dünya rəssaamlığının ən istedadlı rəssamlarından biri Salvador Dalinin də qəribəlikləri çoxlarına məlumdur.

Məşhur rəssam Salvador Dalinin uşaqlığı mənəvi travmalarla keçib. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: "Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi". Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı - Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı. Uşaqlığını demək olar ki, ailəsinin diqqətini cəlb etmək üçün sərf eləmişdi. Valideynlərinin yatağının başında İsa peyğəmbərlə yanaşı mərhum qardaşının şəkli varıydı. Və o, qardaşına həmişə qısqanclıqla yanaşırdı.

Ən maraqlı hadisələr Dalinin Fransaya, İngiltərəyə getməsiylə baş verdi. O, burdaZiqmund Freydlə, Stefan Sveyqlə,Pikassoylatanış oldu.Luis Bunyuel, Qarsia Lorkayla dostlaşdı və beləliklə o, dəyişdi. Həm zahiri görünüşü, həm də daxili bütünlüklə dəyişib.

Qadınlar isə o qədər də diqqətini cəlb etmirdi, onlar Daliyə sadəcə "erotik fantaziyaları üçün gərəkli"ydilər. Onun bu fikirlərini dəyişdirən qadın Qala oldu. 1926-cı ildə tanış olduğu Rusiyalı məşhur vəkilin qızı, tanınmış şair Pol Eduardın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan adamlarıydı. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Dalinin məşuqəsi olmağa razı oldu. Amma onların arasında böyük bir sevgi varıydı. Bundan sonra Qala Salvadorun sevgilisi, ilham pərisi, modeli, meneceri, bir sözlə hər şeyi olacağıydı. Və ən qəribəsi Salvadorun dəli kimi sevdiyi bu qadın onda yaşca xeyli böyük idi.

Amma bir şey də dəqiq idi ki, Salvadorun dəlilikləri heç vaxt tükənməyəcəkdi. Rəssamlığın sürrealist janrında möhtəşəm əsərlər yaradan Dali, incəsənətin demək olar ki, bütün sahələrinə göz dikmişdi. O, heykəltaraşlıqla, fotoqrafiyaya və kinoyla ciddi şəkildə maraqlanırdı. Hətta o, bu sahədə daha da irəli gedərək, amerikalı animasiyaçı Volt Disneylə birgə "Destino" adlı qısametrajlı film hazırlamışdı və bu film "Oskar" mükafatına namizəd olmuşdu.

Katalon əsilli Dali 711-ci ildə İspaniyanı fəth etmiş Məğriblilərin nəslindən gəldiyini, "parlaq və gözəgirən hər şeyə olan acgözlüyünü, lüks həyata və şərq geyimlərinə olan marağını" da "ərəb əsilli" olmasıyla izah edirdi. Amma Salvador Dali möhtəşəm əsərləriylə bərabər geydiyi paltarları, qəribə fikirləri, dəlilikləri, ağlasığmaz hərəkətləriylə diqqəti cəlb edirdi. Bu hərəkətlərinin gətirdiyi pis şöhrət, onu geniş kütlələrə tanıtdırıb.

Bünyamin