Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər YAYILDI - FOTOLAR
AZAL-ın vurulan təyyarəsi ilə bağlı anonim sənəd yayılmanıb.
Adalet.az xəbər verir ki, həmin sənəd gizli hesabdan "BT News" Teleqram kanalına göndərilib.
Onun məzmununa görə, sənəd Rusiya Federasiyasının İstintaq Komitəsindən götürülüb və Azərbaycanın Baş Prokurorluğuna ünvanlanıb. İddia olunur ki, AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib.
Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Məntiqi sual yaranır: Rusiya Federasiyasının İstintaq Komitəsi, əgər faktiki olaraq, günahı “hava şəraitinə” atırsa, cinayət işini hansı əsasla dayandırır?
Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Bu arada faciəyə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyır: AZAL-ın təyyarəsi Pantsir-S1 hava hücumundan müdafiə raketi ilə vurulub və daha sonra sənəddə göstərildiyi kimi, hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Bu sənədin məzmunu birbaşa Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL-ın mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi nəticəsində qəzaya uğradığını etiraf edib və “belə vəziyyətlərdə nə tələb olunursa” onu etməyə hazır olduğunu bəyan edib.
Lakin “nə tələb olunursa” ilk növbədə günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi birmənalı olaraq bununla uzlaşmır.
Bu sənədin həqiqi olub-olmaması ilə müəyyən edilməyib.
Digər Xəbərlər
07 Yanvar 2026 17:20
DİN sürücülərə çağırış etdi
07 Yanvar 2026 17:14
"Qaçqınkom"dan Xanabad kəndinə köçürülmə ilə bağlı iddialara münasibət
07 Yanvar 2026 17:07
AMEA-dakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 16:28
Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 15:58
Ermənistan təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yeniləndi
07 Yanvar 2026 15:47
Leyla Əliyevadan Milad bayramı ilə bağlı PAYLAŞIM
07 Yanvar 2026 13:36
Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək
07 Yanvar 2026 13:17


Bakı -°C

