QHT-lər aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməlidir - BİRGƏ MÜRACİƏT

Qeyri-hökumət təşkilatlarının Ədliyyə Nazirliyində qeydə alınmayan müqavilələri, həmçinin məlumat təqdim edilməmiş ianələri üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Adalet.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciətində qeyd edilib.
Bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir. Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Birgə müraciətdə vurğulanıb ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycandakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir.
Digər Xəbərlər

Azərbaycanın tanınmış informasiya agentliyi və bəzi saytlara HAKER HÜCUMU - YENİLƏNİB

Ataqutu Taqot edənlər indi "dağıdılır" deyir: Əslində isə...

İlham Əliyev Artur Rasi-zadəyə ordenini təqdim etdi

“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis edilib

Bakı-Ağstafa-Bakı qatarı üzrə əlavə reyslər təyin edildi

Prezidentdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM

Rövşən Rzayev kollegiya iclası keçirdi - Tapşırıqlar verdi - FOTOLAR
