Güclü qar İstanbulda həyatı iflic etdi - VİDEO

İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.
İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro dayanacaqlarına axın edib. Nəticədə izdiham yaşanıb.
Güclü qar və buz bağlaması səbəbindən bu gün bütün təhsil müəssisələrində tədris 1 gün müddətinə dayandırılıb.
İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.
Bu gün yağan qarın intensivliyinin artacağı və həftəsonu da davam edəcəyi proqnozlaşdırılır.
Sosial şəbəkələrdə qarın yollarda və metro stansiyalarında yaratdığı fəsadları əks etdirən görüntülər də yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Digər Xəbərlər

Amerikalılar Trampı Zelenskidən daha çox diktator hesab edir

Peskovdan gizli danışıqlarla bağlı açıqlama
jpg-1740144100.jpg)
Makuntsın paylaşımı: Strateji tərəfdaşlıq xartiyası canlanır?

Roma Papası taxtdan imtina edə bilər

FTB-nin yeni direktoru: Bu hindli ABŞ təhlükəsizliyinə cavabdehdir

Türkiyə ilə danışıqların nəticə verəcəyinə ümid edirik

Tramp yeni saziş təklif etdi, Zelenski razılaşa bilər
