adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2024 16:18
481
DÜNYA

"Qısa müddətdə Azərbaycanla sülh mümkün ola bilər" - Ruben Rubinyan

"Bütün bu müddət ərzində sülh danışıqlarının dayanmadığını bilmək çox vacibdir". 

Adalet.az xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Antalyada keçirilən III Diplomatik Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il Qarabağda baş verən hadisələrdən sonra dövlət başçıları səviyyəsində fiziki görüş olmayıb, lakin tərəflər sülh müqaviləsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər: "Ermənistan və Azərbaycan müxtəlif platformalarda sülh müqaviləsinin əsas prinsiplərini razılaşdıra bildilər". 

Diplomat bu prinsiplərin nə olduğunu da açıqlayıb: "İlk növbədə, bu, köhnə Alma-Ata bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Alma-Ata Bəyannaməsi təsdiq edir ki, Sovet İttifaqı respublikaları arasında mövcud olan inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir. Razılaşdırılmış ikinci prinsip Alma-Ata bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyasıdır. Üçüncü prinsip, ölkələrin yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı əsasında yenidən açılacaq regional kommunikelərə aiddir. Düşünürük ki, sülh danışıqlarında mövcud olan bu prinsipləri gücləndirə bilsək, çox qısa müddətdə sülhə nail olmaq mümkün olacaq. Təəssüf ki, indiyə qədər bunu bacardığımızı deyə bilmərəm".

Rubinyan qeyd edib ki, Ermənistan tərəfi müxtəlif forumlar çərçivəsində Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş əsas prinsiplərin həyata keçirilməsi üçün hər şeyi edir: "Ümid edirik ki, tezliklə lazımi nəticəni əldə edə biləcəyik".