Qızıl və gümüş bahalaşdı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb.
Adalet.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 2 645.10 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1.86% artaraq 29,96 ABŞ dollarına bərabər olub.