20 Dekabr 2024 13:40
230
İQTİSADİYYAT

Bu maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir

Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.

Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik müzakirəyə çıxarılıb.

“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.

“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddənin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.