Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.