QMİ Novruz süfrələrini iftar saatlarına uyğunlaşdırmağı tövsiyə edib
"Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür".
Adalet.az xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətvasında qeyd edilib.
"Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir", - fətvada bildirilib.
Qeyd edilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.
Digər Xəbərlər
18 Iyun 2026 16:12
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
18 Iyun 2026 14:25
Tovuz stansiyasında enerji sistemi yeniləndi -VİDEO
18 Iyun 2026 12:30
Sabah 38 dərəcə isti olacaq
18 Iyun 2026 10:56
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
18 Iyun 2026 10:24
Evlənən və boşananların sayı açıqlandı
17 Iyun 2026 17:20
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib - Fotolar
17 Iyun 2026 17:07
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində - FOTOLAR
17 Iyun 2026 15:04


Bakı -°C

