Qoşa - Fərhad Tapdıqoğlu yazır
Birinin adı Qoş-qar,digərinin adı Qəşəmdir.Hər ikisi babalarının adını daşıyır,yaşadır.
Biri Qoş-abulaq ,digəri Qoş-alı kəndindəndir.
Texniki Universitetdə bir qrupda təhsil alırdılar.Yataqxanada bir otaqda yaşayırdılar.
Həmişə qoş-a geyinir ,dərsə də qoş-a gedirdilər .
Dərslərdə qoş-a oturur,tənəffüslərdə qoş-a gəzirdilər.Tələbə yoldaşları çox zaman onları adları ilə deyil, "Qoş-a " deyə çağırırdılar.
"Qoş-a"lar Qala qapısına da qoş-a gedir, Qoş-a parkda da qoş-a gəzirdilər.Qoş-a saitləri də,qoş-a sammitləri də bilirdilər.
Asudə vaxtlarında nərd,özlərinin dedyi kimi "şeş-qoş-a " oynayırdılar.
Qoş-qar zər tutur,qoş-alayırdı hərdən.
Qəşəm o zaman əsəbiləşir,daşları qatıb,oyunu qarışdırırdı.
Sakitləşəndə Sücaətdən bir bənd deyirdi :
" Düşürdüyün yükü yaddan çıxarma,
Əlacsızı,təki yaddan çıxarma.
"Dyu" yaddan,"yeki" yaddan çlxarma,
Axıracan verməyəcək qoş-a haa"
...Qoş-alar əzbərlədikləri şeirlərdən də söylərdilər.
Qoş-qar şeir də,qoş-ma da "clzmaqara "edirdi.
Əlbəttə hər ikisi də gözəl bilirdilər ki, köməkçi nitq hissəsi qoş-ma da var,aşıq şeir növü qoş-ma da.
Qoş-qarın yazdığı qoş-malar çox zəif olurdu.Heç şair olmaq iddiasında da deyildi Qoş-qar.
Qəşəm Qoş-qara deyirdi:
-- Oğul istəyirəm öz kəndinə bir şeir,ya qoş-ma qoş-a.Gör neynirsən bir düz-qoş elə.
Qoş-qar cavabında :
--Qoy ,bu qoş-aya həmqafiyə olan sözləri tapıb,yazım.Sonra şeir olar:daşa,coşa,qaşa,yaşa,qardaşa,başa...- gülümsəyirdi.
Sonra gülüşürdülər.
...Bu "qoş-alar" yay tətilində bir-birlərinin kəndlərinə qonaq gedirdilər.
...Kəhrizin gözündən su dolduraraq, çiyinlərində səhəng ,pıqqıldaşa-pıqqıldaşa ,qoş-a -qoş-a gedən qızlara baxırdılar bu qoş-a dostlar.
Bəzən də oğlan uşaqları bidonlara su doldurub ,eşşəyə yükləyirdilər.
Eşşək dayananda oğlanlar eşşəyə:
--Ay çor dəymiş,toş haa - deyib ,ağacla vurardılar.
Qoş-a dostlar bu mənzərəni maraqla seyr edirdilər .
...Qoş-qarın babasının qoş-a lülə tüfəngi də vardı.Babası çöl quşlarını qoş-a-qoş-a vurduğundan tez-tez söz açardı...
Qoş-a dostlar qoş-a çinarın altında qoş-a dayanaraq o qədər söhbətləşirdilər ki...
Hərdən gözəl musiqiyə qulaq asmaq istəyəndə bir-birlərinə deyirdilər:
--Oğul ona deyirəm ki, o telefondan bir gözəl mahnı qoş-a.
Qoş-a dostlar qoş-a- qoş-a telefondan qoş-duqları musiqiyə də qulaq asır, qoş-a bulağın suyundan da içirdilər .
...Qoş-a dostlar artıq təhsillərini başa vurublar.Şirkətlərin birində işləyirlər qoş-a.Mobil telefonlarının nömrələri də qoş-a nömrələrdir...
Kreditə minik maşını da götürüblər.Maşınlarının rəngləri ,markaları da eyni,nömrələri də qoş-a.
Ailəlidirlər.Hərəsi öz sevdiyi qızla ailə həyatı qurub.
Bu qoş-alar bir -birlərinin tez-tez qonağı olurlar .Söhbətləşirlər,qoş-a- qoş-a gəzirlər.
Qoy,bütün qoş-aların qoş-a izləri heç bir zaman silinməsin!
Allahdan arzum budur ki, bu qoş-aların övladları olsun qoş-a-qoş-a ...
Bütün qoş-alar qarısınlar qoş-a...


Bakı -°C

