"Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın" - Anar Kərimov
Biz Qarabağın azad edilən ərazilərinə getdikdə mədəni irsimizin dağıdılma miqyasını gördük və başa düşdük ki, mədəniyyəti yenidən canlandırma planlarımız üçün dayanıqlı sülh lazımdır.
Adalet.az-ın məlumatına görə, bunu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.
"Mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var. Biz sülhün mədəniyyətin inkişafına verə biləcəyi töhfə haqqında düşünürük. Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən, canlansın bərpa olunsun", - deyə nazir qeyd edib.
A.Kərimov bildirib ki, mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var.
"Azərbaycan sülh üçün yalnız təklif irəli sürmür, bu istiqamətdə real addımlar da atır", - deyə o qeyd edib.
Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

