Qurban Qurbanov 800-ə çatdı
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
Adalet.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib. “Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub.
2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun yetirmələri bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.
Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Digər Xəbərlər
10 Dekabr 2025 23:42
"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu
10 Dekabr 2025 16:35
“Qarabağ”ın gəncləri “Ayaks”a 8:0 hesabı ilə uduzdu
10 Dekabr 2025 12:41
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
10 Dekabr 2025 09:48
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
10 Dekabr 2025 09:20
"Qarabağ" bu gün Bakıda "Ayaks"ı qəbul edəcək
09 Dekabr 2025 20:42
“Qarabağ” “Ayaks”la oyuna belə hazırlaşır - VİDEO
09 Dekabr 2025 20:03
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
09 Dekabr 2025 19:46


Bakı -°C

