adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2022 13:00
410
GÜNDƏM

Quru sərhədlər nə zaman açılır? - DSX -dan açıqlama

Son günlər, xüsusən də yay mövsümünün bu mərhələsində cəmiyyəti düşündürən məsələlərdən biri də məhz quru sərhədlərin açılmasıdır. Bununla bağlı sosial şəbəkələrdə və müxtəlif media platformalarında müxtəlif fikirlər səslənir.  

Sözügedən məsələ ilə bağlı Dövlət Sərhəd xidmətinə müraciət etdik. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin nümayəndəsi, polkovnik -leytenant Afdandil Abbasov Adalet.az saytına açıqlamasında quru sərhədlərin açılması ilə bağlı bunları söylədi: ’’Təbii ki, biz də quru sərhədlərin açılmasının tərəfdarıyıq. Lakin məlumat üçün onu bildirirəm ki, bildiyiniz kimi bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Bundan başqa bildirildi ki, COVİD -19 pandemiyası ilə əlaqədar dövlət sərhəddindən buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlər yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Konkret olaraq quru sərhədlərin açılması Nazirlər Kabinetinin — yəni hökumətin icazəsi olduqdan sonra bu məsələyə baxılacaqdır. ’’ 
 
 
Hazırladı : BÜNYAMİN BÜNYADZADƏ