Qusarda dayanan saatlar işləməyəcək...
Tələbəlik illərimdə qəzetlərdən birinə yazmışdım “O nədir ki Qusarda havayıdır?” Kim taparsa redaksiya tərəfindən hədiyyə alacaq. Çox cavablar oldu. Amma heç kim tapmadı. Söhbət 1997 ci ildən gedir... Cavab “Ayaqyolu” idi...
Sözüm onda yox... Qusarda bir saatsaz vardı. Qol saatımın enerji daşı tükəndiyi üçün saatsazın məkanına getdim. Bir neçə qol saatım var... Çox əzizdilər mənə, varlığımı saniyəbəsaniyə tükəndirdiklərinə rəgmən... Bu dünyada ən çox sevdiyim kimlərdən, nələrdən biriləri də divar və qol saatlarıdır... Zənnimcə hamımız üçün onların məqsəd və məramı bəllidir deyə çox seviləsidirlər... İşimə başlamazdan öncə saatsazın məkanına üz tutdum. Həm də bu məkana yaxın bir yerdə biznes mentorluq edirəm. Bilmirəm ki, usta rəhmətə gedib. Soruşdum ki, saatsaz hardadır? Dedilər: “Gedib o bir də qayıtmayacaq...”
Əqrəbləri dayanmış iki qol saatım kimi dondum yerimdə...
İlk sualım:
-Başqa yerdə saatsaz varmı?
Dedilər ki: Bilmirik...
Bir üzünurlu, mehriban, çox diqqətcil adam olmaqla yanaşı, əsl sənətkar idi... Saatsaz vəfat etdi. Amma özündən sonra Qusarda saatsaz olmadı...
Qusarda saat təmiri yoxdur...
2 ci sual belədir: O nədir ki, bundan sonra Qusarda nələr işləməyəcək?
Ceyhun Ağabəyov
Prezident təqaüdçüsü.
Azərbaycan Yazıçılar birliyinin üzvü,
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

