"Quska" kassasiya şikayətini geri götürdü
Keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə verilmiş kassasiya şikayəti geri götürülüb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda onun məhkəməyə təqdim etdiyi ərizə elan olunub.
H.Abdullayev həmin ərizədə məhkəmədən vəkili Günay İsmayılovanın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürülməsinin təmin edilməsini xahiş edib. Məhkəmə onun ərizəsini təmin edib.
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə Hüseyn Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən Apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Hüseyn Abdullayevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına Azərbaycanda fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5,5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.
O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.
H.Abdullayevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Digər Xəbərlər
03 Fevral 2026 16:43
Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək
26 Yanvar 2026 18:10
Azərbaycan axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verdi
26 Yanvar 2026 16:34
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
26 Yanvar 2026 16:33
Bu sözdən qanunsuz istifadə edənlər 800 manat cərimə olunacaq
23 Yanvar 2026 17:31
Kamran Əsədov məhkəmə zalında həbs edildi
22 Yanvar 2026 16:36
Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başladı
20 Yanvar 2026 17:51
Vaqif Allahverdiyevə hökm oxundu - Məhkəmə işi
19 Yanvar 2026 14:59


Bakı -°C

