25 Iyul 2025 09:31
134
DÜNYA

Qusman Xankəndiyə gəldiyi üçün işdən çıxarılıbmış

Xəbər verdiyimiz kimi, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qusman Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda iştirak etdiyi üçün vəzifəsini itirib. 

Qeyd edək ki, bundan əvvəl Rusiyada bir sıra şəxslər foruma bir neçə rusiyalının gəlməsindən narazılıqlarını bildiriblər. Xüsusilə politoloq Sergey Markov və Mixail Qusman diqqət çəkib. 

Müharibə müxbiri Yuri Kotenok Qusmanın işdən çıxarılmasına münasibət bildirərək onun bakılı olduğunu və Azərbaycanın maraqları naminə hərəkət edə biləcəyini deyib.