Ayının yüz oyunu... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
79 | 2025-09-13 13:49

... Bizdə bir şeyin qiymətini qaldırmaqdan öncə cəmiyyətin, ictimaiyyətin fikirlərlərini öyrənirlər. Öyrənirlər ki, görsünlər qiymətlər qalxsa, camaat nə edər? Onsuz da qiymətlər son vaxtlar dəfələrlə artıb. Camaat onda nə edib ki, indi də nə etsin! Uzaqbaşı bir- iki gün danışırlar, sonra da hər şey yaddan çıxır , hərə öz iş- gücünün arxasınca gedir. Və bir də tək qiymət artımı bizdə baş vermir ki! Dünyanın bütün ölkələrində bahalaşma var, olub və olacaq! Elə bil ki, əsas fikir yardımdan çıxdı.Hə, bir şey bahalaşmazdan əvvəl cəmiyyətə müəyyən informasiyalar ötürülür.

İndi də metroda " üztanıma" sisteminə keçməklə bağlı yeni ideyalar səsləndirilir. Metronun məsul şəxslərinin dediyinə görə, bu sistemə keçmək guya ədalətsizliyin qarşısın alacaq. Belə ki, bir var metronun bir stansiyasından axırıncı stansiyasına qədər gedəsən, bir də var , bir neçə stansiya! Bax, bir neçə stansiya gedənlər 50 qəpikdən az pul ödəyəcəklər.Bəs, onda axıra qədər gedib qayıdanlar nə qədər pul verəcəklər? Elə məsələnin qaranlıq tərəfi də budur. Bunu isə metropoliten  camaat açıqlamaq istəmirlər." Mus- mus",- deyincə elə bir dəfəlik " Mustafa" deyin də ! Deyin ki, metronun qiymətini artırmaq istəyirik. Belə çıxır ki, axırıncı stansiyaya  qədər gedib, qayıtmaq iki manat olacaq! Yəni bir manat o tərəfə, 1 manat da bu tərəfə! Bu da ikisi bir yerdə eləyir iki manat! Əgər bir evdən gündə üç adam metrodan istifadə edəcəksə,qiymət qalxandan sonra 6 manat pul xərcləməli olacaq . Bu da təqaüdçülər, tələbələr və aztəminatlı ailələr üçün çox ağır yükdür

Və bir də metrodan kim istifadə edir? Əlbəttə , tələbələr, təqaüdçülər və aztəminatlı ailələr! Bir çox ekspertlər isə "üztanıma" sistemini bəh- bəhlə tərifləyirlər. Guya bu sistemə keçmək çox yaxşı olacaq. Bizdə həmişə belə olub: qiymətlər qalxmayandan əvvəl tərifləyirlər, sonra da vaxt keçir və görürsən ki, bunun xalqa yox, qiyməti qaldıran quruma xeyiri var. Ayının yüz oyunu var , bir armudun başında! İndi gözləyək görək bu " üztanıma" sisteminin camaata nə xeyiri olacaq! Xeyiri olacaqsa, nə gözəl, xeyiri olmayacaqsa, babalı qiymət qaldıranların boynuna !!!

TƏQVİM / ARXİV