Abşeron rayon Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəb yeni dərs ilini uğurlu göstəricilərlə qarşılayır

Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik günü” kimi qeyd olunur. Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” adlı fərmanı təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə verilib. Həmçinin, 2004-cü dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin II-XI siniflərində beşgünlük tədris həftəsi tətbiq olunur.
Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Bizim məktəbin də kollektivi yeni 2025/2026-cı tədris ilinə yaxşı hazırlaşıb. Kollektivimizin yeni dərs ilini yüksək səviyyədə qarşılamasına haqq qazandıran səbəblər də az deyildir. Çünki məktəbimizi bu yay bitirən məzunlarımız sırasından 23 nəfər Hafiz Verdiyev, Xanım Əliyeva, Günel Yusubova, Kənan Məmmədov, Arzu Həsənova, Uğur Ələkbərzadə, Nurxanım Tərlanzadə, Zəhra Əliyeva, Yusif Manıyev, Əli Məmmədli, Sunay Allahverdiyeva, Rəvan Bəydiyeva, Səma Cəlilova, Məhəmməd Şükürzadə, Cavanşir Comərdov, Nərmin Dünyamalıyeva, Sevinc Ələsgərova, Nərmin Əliyeva, Gülay Əlizadə, Elcan Əsgərov, Tunar İbadlı, Nazlı Osmanlı, Tunar Səmədli qəbul imtahanlarında müvəffəq nəticələr göstərərək nüfuzlu dövlət və özəl Universitetlərinə qəbul olunaraq tələbə statusunu qazanıblar. Bundan başqa, müəllimlərimiz Elnarə Verdiyeva, İlahə Kərimova, Yazgül Hüseynova, Jalə Zərquliyeva, Bahar Ağayeva, Ceyran Sadıqova, İradə Nəcəfova, Cəmalə Mehdiyeva, Nanə Allahverdiyeva sertifikasiya imtahanlarında yüksək ballar toplayıblar.
Əziz müəllimlər, şagirdlər və valideynlər, sizi 15 sentyabr - Bilik günü münasibətilə məktəbimizin kollektivi adından ürəkdən təbrik edir, sizlərə xoşbəxtlik, möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
*Yeni tədris iliniz uğurlu olsun!*
Elnurə Fizuli qızı İsgəndərova,
Abşeron rayon Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta ümumtəhsil məktəbin direktor əvəzi, Qızıl Qələm, Xan qızı Nətəvan, Zəfər media mükafatı laüreatı