XANKƏNDİNDƏ POLİS TƏXRİBATIN QARŞISINI ALDI - Aqil ABBAS yazır

AQİL ABBAS
97 | 2025-09-15 13:43

Bildiyiniz kimi, Qarabağda müəyyən sayda erməni qalıb  yaşayır. Səfərlərim zamanı  dəfələrlə bunun şahidi olmuşam, həm Xankəndində, həm də kəndlərdə. Yəni Azərbaycan dövləti adam kimi qalıb Qarabağda yaşayan erməniləri məcburi qaydada ölkədən çıxarmır. Bildiyimə görə, onlar gündə üç dəfə yeməklə təchiz olunur, ayda da 200 manat pul alırlar. 

Yəni bu bizim dövlətin və xalqın böyüklüyü və humanistliyidi. Onu da qeyd edim ki, ermənilər Qarabağı tərk edərkən, xüsusilə Xankəndində, evlərində çoxlu silah-sursat gizlədiblər və Xankəndi polisi də demək olar ki, hər gün  evlərdən silah-sursat tapır. 

Məlum təxribat hadisəsindən hamının xəbəri var. Xankəndində yaşayan Karen  Avanesyan adlı bir erməni Cənab Prezident İlham Əliyevin bu şəhərə səfəri ərəfəsində təpədən-dırnağadək silahlanıb, təbii ki, məqsədi də aydındır, güman ki prezidentə sui-qəsd etmək istəyirmiş.  Xankəndi polisinin sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Karen polis işçilərinə qumbara atıb, bir polis əməkdaşı yaralanıb və atışma nəticəsində özü də yaralanaraq ələ keçirilib. Baş Prokurorluq və DTX tərəfindən araşdırma aparılır. 

Ortada iki variant ola bilər. 58 yaşlı Karen ya Rusiyanın, ya da Ermənistandakı revanşist qüvvələrin agenti kimi qalıb Xankəndində. Və tapşırıq alan kimi də fəaliyyətə başlayıb. Yəqin ki, istintaq bunu aydınlaşdıracaq. Və bu terror  hadisəsinin arxasında kimlər varsa onlar da məsuliyyətə cəlb olunacaq. Çünki bütün dünya terrorizmlə mübarizə aparır. Yəni bu işdə əli olanları cinayət məsuliyyətindən yayındıra bilməzlər. 

Ermənilər, eləcə də ermənilərə zəhər verən kərtənkələlər bilmirlər ki, Cənab Prezidenti Allah qoruyur. Allahın qoruduğu şəxsiyyətə heç bir bəndənin gücü çatmaz, istəyir arxasında Rusiya yox, bütün Avropa dövlətləri dursa belə. 

Tanrı Xalqımızı qorusun!

Tanrı Prezidentimizi qorusun!

TƏQVİM / ARXİV