“Paytaxtı Ağdama köçürməklə bu problemi həll etmək olmaz”
“Təkcə Abşeron yarımadasının yox, artıq Bakı şəhərinin də üç tərəfi dənizdir və ora avtomobillərin girişi-çıxışı mümkün deyil. Bütün gərginlik şəhərin bir tərəfindən generasiya olunur. Tarixi şəraitə uyğun olaraq, müxtəlif zamanlarda şəhərin plalaşmasında gələcək inkişaf perspektivləri nəzərə alınmayıb”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib. Onun sözlərinə görə, Bakıda bugünkü qədər avtomobilin olacağı heç zaman təsəvvür edilməyib:
“Necə ki 10 ildən sonra bundan iki, üç dəfə çox maşının olacağı bu gün nəzərə alınmır. Tıxacların gün-gündən möhkəmlənməsi maşının çoxluğundan deyil. Maşın yolu kəsib dayanmır, o, hərəkət edir və gedəndə yolu özü ilə sürüyüb aparmır. Tıxacın əsas səbəbi şəhər daxilində başı erməni qibləsinə kəsilmiş bütün küçələr və əsas hərəkət arteriyalarının azlığıdır. Uzun sözün qısası, dəniz geri çəkilmişkən Şıxov çimərliyindən Zığ burnuna estakada avtomobil yolunun çəkilməsini reallaşdırmaq lazımdır. O yola şəhərin bir neçə yerindən giriş də qoymaq olar. Paytaxtı Ağdama köçürməklə, tutaq ki, 125 deputatın və 124 min məmurun vəziyyəti yaxşılaşdı. Bəs xalq?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42
"Ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir" - Komitə sədri
21 Oktyabr 2026 12:24


Bakı -°C

