Tramp fikrini  dəyişir..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
101 | 2025-09-24 09:31

Ağ Evə gəldiyi andan Ukraynanı ərazilərinin itirilməsi, onu geri almaq imkanlarının olmadığına və bununla barışmağa çağırışlar edən ABŞ prezidenti Donald Tramp, deyəsən fikirini dəyişib.

Belə ki, Birləşmiş Ştatların rəhbəri "Truth Social" şəbəkəsində bəyan edib ki, Avropa İttifaqı Ukraynaya kömək etsə, Kiyev əvvəllər nəzarətlərində olan əraziləri geri qaytara bilər.

Trampın fikirincə, Rusiya ciddi iqtisadi problemlər içərəsindədir. Bu isə o deməkdir ki, Ukraynanın hərəkətə keçmək vaxtıdır.

"Mən düşünürəm ki, Avropa İttifaqının dəstəyi ilə, Ukrayna itirilmiş ərazilərini geri qaytara bilər. Səbrlə, tələsmədən, Avropanın və bir az da NATO-nun maliyə dəstəyi ilə, müharibənin başladığı sərhədlərə qayıtmaq tamamilə mümkündür"- deyə Tramp sosial şəbəkədə yazıb.

Əslində ABŞ prezidentinin birdən-birə fikirini dəyişməsinin bir neçə səbəbi ola bilər. Ya, Avtopa dövlətlətini  qızışdırıb Putinin üzərinə göndərməklə, onu daha da, türklər demiş "etkisiz hala" gətirmək istəyir, ya da Avropa İttifaqını da, sonu görünməyən bu üzücü müharibəyə qoşmaq niyyətindədir. Yəni,  "bir güllə ilə iki quşu birdən vurmaqla", Avropa İttifaqınınada tam nəzarəti öz əlinə almaq istəyir. 

Bu günlərdə Avropa İttifaqının Rusiyaya qarşı növbəti, sayca 19-cu antirusiya paketini dəstəkləməsi də, Tramp administrasiyasının hazırladığı ssenarinin bir hissəsi ola bilər.

Belə bir ssenari həyata keçərsə, təbii ki, ABŞ prezidenti Avtopanı yalnız hərbi və maliyyə cəhətdən təmin etməklə, ölkəsini müharibədən kənarda saxlamağa çalışacaq. Lakin, Putinin çıxılmaz vəziyyətdə ABŞ-a zərbələr (hətta nüvə zərbələri) endirməyəcəyinə də, heç kim təminat verə bilməz. 

 İllərdi proqnozlaşdırılan üçüncü dünya müharibəsi başlaya bilərmi? Və ya, artıq çoxdan başlayan bu müharəbəyə iri dövlətlərin də qoşulması ilə, yeni fazaya keçə bilərmi? Yoxsa, bu da Putin Rusiyasının geri addım atması üçün göstərilən təyziq vasitəsidir?...

 Ambisiyası ağlından üstün olan, Rusiya prezidentinin geri çəkiləcəyi, görəsən okeanın o tayından inandırıcı görünürmü?..

 Yaşayarıq, görərik...

 

TƏQVİM / ARXİV