30 Sentyabr 2025 10:07
78
DÜNYA

Netanyahu: "İsrail bir daha Qətərin suverenliyini pozmayacaq"

İsrailin baş naziri Benyamin Netanyahu, Qətərin baş naziri Əbdürəhman Əl Tani ilə telefon danışığı zamanı bildirib ki, İsrail bir daha onun ölkəsinin suverenliyini pozmayacaq. O, həmçinin İsrailin HƏMAS-ın Doxuda yerləşən qərərgahına zərbə endirməsi nəticəsində həlak olan vətəndaşına görə, "təəssüf" etdiyini bildirib.

 "Sizi inandırıram ki, İsrailin məqsədi Qətər vətəndaşı deyil, HƏMAS olub. Həmçinin əmin edirəm ki, İsrail bundan sonra sizin suverenliyinizi pozmayacaq"-deyə İsrailin baş naziri bildirib.

 Rüstəm Hacıyev