“Putin sözünün üstündə durmasa, münasibətlər normallaşmayacaq”

“Rusiya prezidenti Azərbaycanın şərtlərini qəbul edib. MDB dövlət başçılarının Düşənbədə keçirilən sammiti fonunda Prezident İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Rusiyanın AZAL təyyarəsini vurmasından sonra ikitərəfli siyasi əlaqələrdə dərin böhran yaranmışdı. Rusiya məsuliyyəti üzərindən atmaqla, Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq etməyə başladı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, amma Azərbaycan Prezidentinin prinsipial mövqeyi və Rusiyanın təzyiq və şantajlarina asimmetrik cavabları Moskvada gözlənilmirdi:
“Demək olar ki, Rusiya Ukrayna müharibəsində strateji cəhətdən məğlub olur. Qərblə münasibətlər kəskinləşib. Cənubi Qafqazda geosiyasi mövqeyi tükənib. Rusiya prezidenti Azərbaycanla apardığı qeyri -konustruktiv siyasəti düzəltməyə başladı. Məhz bu görüş Kremlin istəyi ilə baş tutdu. Görüşdən əvvəl Rusiya tərəfi Azərbaycanın şərtlərini qəbul edəcəyini mesajını vermişdi. Ona görə də belə bir ikitərəfli görüş baş tutdu”.
O bildirib ki, Rusiya Prezidenti baş verən faciənin məsuliyyətini Ukrayna dronlarının üzərinə atdı:
“Amma, reallıqlar Azərbaycana bəllidir. Buna baxmayaraq Vladimir Putin üzr istədi və kompensasiya ödəyəcəyini və məsul olanları cəzalandırılacağını vurğuladı. Onu da qeyd edim ki, AZAL təyyarəsi vurulduqdan sonra, təyyarənin vurulmasına əmr edənin hərbi rütbəsi artırılmışdı və yeni vəzifəyə təyin olunmuşdu. Bu, bir növ Azərbaycana qarşı damarş idi. Artıq, Rusiya tərəfi geri çəkildi. Rusiyanın bütün təxribatları öz əleyhinə işlədi. Hazırda "Top" Rusiya tərəfdədir. Azərbaycanlılar yenidən Rusiyada təqib olunarsa, AZAL -la bağlı Putin sözünün üstündə durmasa, münasibətlər normallaşmayacaq. Təbii ki, Azərbaycan -Rusiya əlaqələri əvvəlki kimi olmayacaq. Bunu Putin də bilir. Çünki, geosiyasi şərtlər dəyişib. Gedən geosiyasi proseslərə baxmayaraq Rusiya -Azərbaycan əlaqələri öz mövcudluğunu saxlayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü olacaq

İlham Əliyev Tacikistan səfəri ilə bağlı paylaşım etdi - VİDEO

XİN-dən Qəzzada atəşkəs qərarına - REAKSİYA

Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı... - Hikmət Hacıyev

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

"Vəkilləri qorumaq həm də dövlətin borcudur" - Deputat

İlham Əliyev MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda - FOTO
