"Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"

"Rusiya yerli türk-müsəlman xalqlara qarşı yeni repressiv assimilyasiya və milli identikliyin işğalı planını həyata keçirməyə başlayır".
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
O bildirib ki, bu planda həmin xalqların ərazi muxtariyyatının ləğvi, milli dilin və dinin yasaqlanması kimi faşist idarəçilik formalarının tətbiqi nəzərdə tutulur:
"Rusiya Uzaq Şərqi artıq Çinə bağışlayıb. Burada "investisiya qoyuluşu" adı ilə torpaqlar və xalqlar işğal olunur. Yəqin ki, bu yolla Rusiya gözlənilən türk etirazlarını yatırtmaq üçün Çin qonşusundan hərbi-siyasi müttəfiq kimi faydalanmaq məqsədi güdür.
Ukrayna müharibəsini başa vurduqdan sonra ayının aşağılara əl gəzdirmək fikri də gizli deyil. Bunun üçün Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb. Bunu kim görmürsə, gözünə eynək taxsın. Rusiya yüksək dövlət instansiyaları səviyyəsində bəyan edir ki, onun mövcudluğu yalnız imperiya formasında mümkündür. Bu o deməkdir ki, türklər, ya biz sizi, ya da siz bizi! Buna adekvat cavab yalnız Türk Birliyinin hərbi, siyasi, iqtisadi inteqrasiyasının gücləndirilməsi və bu ölkə ilə əlaqələrin minimuma endirilməsidir.
Avrasiya, heç nəyə baxmadan, yeni Çingiz xana hamilə kimi görünür".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 “Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu - FOTOLAR
21 Oktyabr 2025 16:33 

Bakı -°C 










