“Ermənistan Zəngəzur dəhlizini qısa müddətdə bərpa edərsə...”
“Azərbaycanın Qazaxıstan və Rusiya taxılının Ermənistana tranzitinə icazə verməsi erməni müxalifətini çətin vəziyyətə salıb. Erməni radikallar taxılın tranzitinin əleyhinə açıqlama vermirlər, bu məntiqə zidd olardı, özləri uzun illər bəyan edirdilər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. Halbuki, Ermənistan ona lazım olan taxılı digər marşrutlardan əldə edir, üstəgəl Azərbaycanın işğal altındakı ərazilərindən də İrəvana taxıl daşınırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, indi Rusiya və Qazaxıstan Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək Ermənistana qısa yolla taxıl nəql etmək imkanı qazanıblar:
“Erməni radikallar Azərbaycan üzərindən taxıl tranzitini şübhə altına alan yeni “bəhanələr” icad ediblər. Onların sözlərinə görə, guya Azərbaycan üzərindən taxıl tranziti Ermənistana baha başa gələcək. Çünki, Ermənistan tranzitə görə Gürcüstana da pul ödəməli olacaq. Ermənistan Zəngəzur dəhlizini qısa müddətdə bərpa edərsə, Gürcüstan üzərindən nəqlə ehtiyac olmayacaq, taxıl və digər yüklər Azərbaycan üzərindən birbaşa Ermənistana daşınacaq. Radikalların digər “bəhanəsi” alınan taxılın qida üçün yararsız və həmin taxılın heyvan yemi olmasıdır. Əslində radikallar bu “arqumentlə” yalnız Paşinyan hökumətini hədəf almırlar, tərəfdaş adlandırdıqları Qazaxıstanı da aşağılamış olurlar. Çünki yüksək keyfiyyətli Qazaxıstan taxılından un məhsulları hazırlanacaq. Təsadüfi deyil ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan rəqiblərinə cavab olaraq Azərbaycandan tranzitlə ölkəyə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazır olduğunu bildirib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 13:53
Azərbaycan manatının məzənnələri noyabrda artıb
26 Dekabr 2025 18:03
İdarə Heyətinin sədri Zakir İbrahimovun "Nadir incilər – ipəklə gümüşün harmoniyası" adlı təqdimat mərasimində çıxış nitqi
26 Dekabr 2025 17:47
Naxçıvan sakinlərinə sosial ödənişlərlə bağlı şad xəbər
26 Dekabr 2025 13:25


Bakı -°C

