adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 13:52
63
DÜNYA
A- A+

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin istifadəsi dayandırdı 

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində 20 əsgərin şəhid olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb. Nazirlik ehtiyat tədbiri olaraq inventarında olan bütün C-130 təyyarələrinin uçuşlarının dayandırıldığını açıqlayıb. 

Adalet.az Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlik 68-1609 nömrəli uçuşun qəza səbəbi ilə bağlı nəsə deməyin hələlik tez olduğunu bildirib. Həmçinin bildirib ki, təyyarə silah-sursat yox, presonal və təyyarənin texniki xidmət ləvazimatları daşıyıb. Təyyarənin vurulması ehtimalı isə rədd edilib. 
Təyyarənin köhnə olması ilə bağlı iddialara isə nazirlik belə münasibət bildirib:

“Köhnə təyyarə yoxdur, yalnız zəif texniki xidmət göstərilmiş təyyarələr var. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv istifadədədir. Vurulan təyyarənin texniki xidmət tarixinin nəzərdən keçirilməsi nəticəsində təyyarənin “Erciyes” Aviasiya Sisteminin modernləşdirilməsindən keçdiyi, gövdə, mühərrik və pervanelin planlaşdırılmış texniki xidmətinin vaxtında başa çatdırıldığı və ən son texniki xidmətinin 11 sentyabr - 12 oktyabr 2025-ci il tarixləri arasında aparıldığı məlum olub”. 

Nazirlik sözügedən təyyarənin 2012-ci ildə Səudiyyə Ərəbistanından alındığını bildirib: “O tarixdən bəri müntəzəm texniki xidmətlə xidmətdədir. Lakin iddia edildiyi kimi istifadəçi ölkə tərəfindən istismardan çıxarılmayıb. C-130 təyyarələri Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunmağa davam edir”. 

Nazirlik donanmadakı 18 C-130 təyyarəsinin fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavab olaraq isə deyib ki, təyyarələr 12 noyabr 2025-ci il tarixindən etibarən ehtiyat tədbiri olaraq dayandırılıb. Bütün ətraflı texniki yoxlamalar və yoxlamalar başa çatdıqdan sonra uçuşlar bərpa olunacaq.

Vasif ƏLİHÜSEYN