Bakıya sulu qar yağdı...
Bir neçə gün əvvəl hidirometeroloqlar bildirmişdilər ki, dekabrın 14- də Bakıya qar yağacaq və həmin günü paytaxtımıza səhər saatlarından axşama kimi qar yağdı. Və bu ən çox uşaqları sevindirdi. Hərçənd ki, qar yeri ağartmadı, ancaq Bakının çirkli havasını az da olsa, təmizlədi.
Bir çox rayonlara qar yağdi və bəzi yerlərdə bu qarın qalınlığı 3-4 santimetri keçdi.Düzdür,, Bakıya yağan sulu qar balacaları əməlli- başlı sevindirdi, amma həmin gün evlər, mənzillər heç yaxşı qızdırılmadı. Çox təəssüf ki, " Azəristiliktəchizat" soyuq gündə əhaliyə normal istilik verə bilmədi. Və bir ildə qiymətlər üç dəfə bahalaşaa da, lakin xidmətdə bir addım da irəliləyiş hiss olunmadı.
Əhaliyə isə verilməyən istiliyin artıq qəbzləri gəlib. Düz bir aydır ki, abonentlər normal istilik ala bilmir.Və bir neçə gündən sonra qış gələcək, soyuqlar, şaxtlar daha da artacaq! Bəs onda əhalinin mənzilləri necə qızdırılacaq? Kəndə yerlərində yenə camaat çıxış yolu tapacaq, belə olanda istiliklə təchiz olunmalı binaların sakinləri nə etsinlər? Qoy bu suala "Azəristiliktəchizat" ın məsul şəxsləri cavab versin.Və bir də abonentlərə boş-boş vədlər deyil, istilik lazimdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
31 Yanvar 2026 16:43
Küləklə bağlı XƏBƏRDARLIQ
31 Yanvar 2026 13:36
Bəzi ərazilərdə duman müşahidə olunur - FAKTİKİ HAVA
31 Yanvar 2026 13:03
Bazar günü hava necə olacaq?
30 Yanvar 2026 18:07
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
29 Yanvar 2026 12:05
Qanunsuz tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlandı
29 Yanvar 2026 10:41
“Bunlarda nə əxlaq, nə din, nə iman, nə də insani keyfiyyətlərdən əsər var...”
28 Yanvar 2026 21:04
Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR
28 Yanvar 2026 17:15


Bakı -°C

