Emin PİRİ: AĞ XALATLI SEVGİ
Gözlərim tutanda baxışlarını
ürəyimi çəkirsən hər dəfə bir diş kimi.
Axı, bu ürəkdi,
diş deyil, 32 ola.
İnsafın olsun,
məndə bu qədər ürək hardandır, ay həkim qız?!
And ola Hipokrata-
sağaltmırsan, öldürürsən məni-
sən başqa xəstəyə baş çəkəndə.
Nə əlindəki stetoskop, nə başqa alət
eşitməz qəlbimin səsini.
Özün qoy başını
sinəmə, qəlbimin üstə, ay həkim qız.
Dinlə-
sənə doğru yorğa qaçan ürəyimi-
bəsimdi.
Gecələr tələsim evə.
Qapını açmaq istəyəndə
əllərim cəftəni yox,
əllərini tutsun-
bəsimdi.
Bilsəm ki, ağ xalat çıxar əynindən
kəfən əvəzinə örtər üstümü.
Bir anda ölərəm
görüm deyə əndamı-
bəsimdi.
Vallah, xeyri yoxdu mənə
resept kağızında yazdığın
adını duymadığım dərmanların.
Heyf etmə boş yerə o vərəqləri, ay həkim qız,
üzündən öpüm-
bəsimdi.
Əsəbim soyumaz,
nə otlar, nə də sakinləşdirici dərmanlarla.
sevgim gübrələyər bətnindəki çiçəyi-
Bəlkə hirsim soyuya.
Nə sistem, nə damarımdakı iynə,
durultmaz qanımı.
Uzun, qara saçların dolana qollarıma-
bəsimdi.
Boş ver analiz cavablarını,
At bir kənara
qol çəkdiyin qeydiyyat kitabçasın, ay həkim qız.
Götür onların yerinə
nikah kağızına bir qol çək-
bəsimdi.
Digər Xəbərlər
08 Iyul 2026 17:35
Təkliklə Birlik Arasında İnsan
08 Iyul 2026 13:14
‘’Qardaşılıq və müttəfiqliyin ali zirvəsi’’ İslam Sivilizasiyası Forumunda təqdim edildi
08 Iyul 2026 11:22
Nəriman Həsənzadənin son durumu…
07 Iyul 2026 10:30
Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyinə gecikmiş yazı
07 Iyul 2026 09:00
Varlı olmayanlar ehtiyatlı olsunlar - Pərvanə Bayramqızı yazır
06 Iyul 2026 09:07
Qeyri-adi insanlar Fatmanisənin gözündə... - Pərvanə Bayramqızı yazır
04 Iyul 2026 11:19
Hüseynbala Mirələmovun yeni əsərləri təqdim edildi
03 Iyul 2026 15:00


Bakı -°C

