Pensiya artımları necə hesablanacaq?
“Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır:
“Artımın hesablanması formulası belədir: Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3 % = 51.15 manat. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 9.3 % = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Fevral 2026 15:29
Naxçıvana gedəcək şəxslərin nəzərinə!
10 Fevral 2026 13:33
Aylıq sosial ödənişlə təmin edilən uşaqların sayı açıqlanıb
10 Fevral 2026 12:27
"Bank hesablarından vəsaitin oğurlanması halları artıb" - Deputat
10 Fevral 2026 12:26
Azərbaycanda bu materialların istifadəsi qadağan edilir
10 Fevral 2026 12:25
Bu obyektlər ixtira hesab edilməyəck
10 Fevral 2026 12:24
Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
10 Fevral 2026 11:21
Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB
10 Fevral 2026 09:42


Bakı -°C

