“Ermənilər Qarabağla bağlı tezislərin yeni müharibəyə səbəb olacağını anlamamış deyillər”
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu "Hayastan" blokunun baş nazirliyə namizədi olub. Köçəryan martın 16-da blokun tədbirindəki çıxışında hər il Ermənistanda 45 min yeni iş yeri yaradacağını vəd edib. Tərəfdarlarına müraciətində Köçəryan vurğulayıb ki, təhlükəsizlik Ermənistanın qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq. O bildirib ki, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyac var. O, həmçinin Azərbaycanla sülhə üstünlük verdiyini, ancaq bunun üçün aydın təhlükəsizlik zəmanətinə ehtiyac olduğunu söyləyib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Köçəryanın sözlərinə görə, Ermənistanın xarici siyasəti proqnozlaşdırıla bilən, başa düşülən olmalı və böyük dövlətlər arasındakı fikir ayrılıqlarından sui-istifadə etmək ideyasını rədd etməlidir:
“Robert Köçəryanın açıqlamalarının mənası aydındır. O “etibarlı müttəfiq” dedikdə Rusiyanı nəzərdə tutub. Yəni demək istəyib ki, qalib gələrsə, Ermənistan Cənubi Qafqazda əvvəlkitək Rusiyanın vassalı rolunu oynayacaq. Erməni saytlarında Köçəryanın çıxışında Qarabağla bağlı fikrinə rast gəlmədim. Əksinə, o baş nazir olacağı halda Azərbaycanla sülhə üstünlük verəcəyini bildirib. Hiyləgər Köçəryan bilir ki, seçkiqabağı çıxışlarında “Qarabağın geri qaytarılması” kimi məntiqsiz fikirlər səsləndirsə, səs qazana bilməyəcək. Ermənilərin əksəriyyəti Qarabağla bağlı tezislərin Azərbaycanla yeni müharibəyə səbəb olacağını anlamamış deyillər. Ona görə, Köçəryan seçiciləri qorxutmaq istəmir. Ancaq erməni seçiciləri onu da bilməlidirlər ki, yenidən Köçəryanı hakimiyyətə gətirsələr, bu sülh quruculuğuna, o cümlədən bölgədə kövrək sabitliyə zərbə olacaq. Demək, Bakıdan ermənilərə indidən mesaj göndərilməlidir ki, hazırki sülh qurucluğundan kənarlaşmaq bölgədə gərginlik mənbəyinə və Ermənistanın itkilərinə səbəb olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

