Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlara XƏBƏRDARLIQ
![](https://adalet.az/uploads/img/posts/2024/02/22/6jpg-1708617328.jpg)
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslərə xəbərdarlıq edib.
İdarədən Adalet.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir ki, radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq: "Avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır".
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/26/16jpg-1722007260.jpg)
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
![](https://adalet.az/uploads/img/posts/2024/07/25/19jpg-1721914431.jpg)
Bu prospektin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
![](https://adalet.az/uploads/img/posts/2024/07/25/33jpg-1721895106.jpg)
Bakının bu prospektində təmir işləri yekunlaşdı - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/07/24/5jpg-1721824754.jpg)