Rafael Qvaladze təqaüdə göndərilib

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
Adalet.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.
Digər Xəbərlər

Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım etdi - VİDEO

Başlıbel qətliamından 32 İL ÖTÜR

Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edildi

Anar Əliyevə iki yeni müavin təyin edildi - FOTO

Toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
jpg-1744894866.jpg)
Paşinyan "Qarabağ hərəkatı"nı niyə "dağıdıcı" adlandırdı? -ŞƏRH

Hesablama Palatası Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarladı
