Rafiq Yusifli: Şuşaya turist səfəri xəbərinə
Heç bilmirəm gecə necə yarmışam,
Vətən yenə yaman düşüb könlümə.
Səhəri də diri gözlü açmışam,
Vətən yenə yaman düşüb könlümə.
Qulağımda bulaqların nəğməsi,
Bu dünyada ən gözəl səs su səsi,
Ağappaqdı yəqin Kirsin zirvəsi,
Vətən yenə yaman düşüb könlümə.
Boylanıram Ərgünəşi görmürəm,
Kol dibindən bənövşəni dərmirəm,
Ev, eşiyə sığışmıram girmirəm,
Vətən yenə yaman düşüb könlümə.
Açılsa da neçə-neçə səhər çox,
Bu görüşıdən hələ xəbər-ətər yox,
Getmək üçün neçə ölkə, şəhər çox,
Amma VƏTƏN yaman düşüb, könlümə!
Digər Xəbərlər
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48
Taleyi göylərə yazılan insan - Fidan Abdurəhmanova yazır
25 Dekabr 2025 11:25
Adından boylanan söz adamı - Esmira İsmayılova yazır
25 Dekabr 2025 10:13


Bakı -°C

