Ramananın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Adalet.az-a verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.
Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər Xəbərlər
30 Aprel 2026 12:16
Bakı metrosunun yeni “B-04” stansiyası harada yerləşəcək? - VİDEO
30 Aprel 2026 11:34
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
30 Aprel 2026 11:24
Məhkumlarla görüşlər artıq onlayn qeydiyyatla aparılacaq - Nazirlikdən yenilik
30 Aprel 2026 11:15


Bakı -°C

